Ana SəhifəArrowHaqqımızda

Haqqımızda

Topoqrafın hekayəsi

İlk dövrlərdə fəaliyyətimiz daha çox Facebook icması arasında məhdudlaşsa da üzvlərin artan sayı bizim daha da inkişaf etməyə, böyüməyə olan həvəsimizi və motivasiyamızı artırır… Və nəhayət Topoqraf vebsaytı reallaşıb.

Topoqraf nədir?

Topoqraf Azərbaycanda vətəndaş cəmiyyəti tərəfindən qurulan ilk və tək data vizualizasiya platformasıdır. Biz dataların, yəni informasiyaların və məlumatların vizuallaşdırılması yolu ilə onları daha əlçatan, başa düşülən edirik. Eyni zamanda indi və gələcəkdə istifadə olunması məqsədilə Azərbaycanda obyektiv, dəqiq və qərəzsiz databaza yaradırıq. Komandamızın tədqiqatçıları sorğular hazırlayır, qlobal hesabatların məlumatlarını analiz və təhlil edir və sonda əldə olunan məlumatlardan infoqrafikalar yaradır.

Queries

İnfoqrafika və data vizualizasiya nədir?

Modern dünyada informasiyaları daha əlçatan və aydın formada təqdim etməyin ən rahat və effektiv üsullarından biri infoqrafikalardır. İnfoqrafiklər dataların vizual, yəni diaqram, cədvəl, xəritələr, qrafiklər vasitəsilə təqdimatıdır. İnfoqrafika elmi data vizualizasiya ilə sıx əlaqəlidir. Data vizualizasiya insan idrakının gücləndirilməsi üçün mücərrəd məlumatların vizual təmsillərlə öyrənilməsidir. Xüsusilə məlumatlar və verilənlər çox olduqda vizualizasiya mühüm bir sahəyə çevrilir.

Queries

Məqsəd və Vizyonumuz

Yəqin siz də razılaşarsınız ki, bəzən axtardığınız bütün məlumatları rahatlıqla tapmır, tapdıqda isə səhvliklərin olmasından şübhə edirsiniz. Biz Azərbaycanda data manipulyasiyanın azaldılmasına töhvə vermək, əhalinin və tədqiqatçıların obyektiv datalara əlçatımlılığını artırmaq üçün çalışırıq.
Bizim vizyonumuzda insanların manipulyasiyadan kənar olduğu, informasiyaların əlçatan və qərəzsiz olduğu dünya dayanır.

Queries

Partnyorlarımız

Dəyərlərimiz

“Topoqraf” beynəlmiləl dəyərləri, hər sahədə inklüzivliyi və bərabər imkanları dəstəkləyirik. İnsan hüquq və azadlıqlarının qorunması icmamız və təşəbbüsümüz üçün çox önəmlidir. Biz inanırıq ki, fəaliyyətimizdə olan səhvləri yalnız və yalnız iştirakçılıqla düzəltməyə nail ola bilərik. İnformasiyaların hər kəs üçün əlçatan və data mühitinin inklüzivliyi bizim üçün əsas prioritetlərdəndir. Fəaliyyətimizlə maraqlanan, ifadə etdiyimiz dəyərlərin qorunmasına dəstək olmaq istəyən bütün tərəfdaşlıqlara açığıq. 

Queries

Nə təklif edirik?

“Topoqraf” data vizualizasiya portalı olaraq universitetlərə, araşdırma və tədqiqat mərkəzlərinə, eləcə də müstəqil araşdırmaçılara dataların toplanması və vizuallaşdırması xidmətini, sorğuların həyata keçirilməsini təklif edirik. Yerli və xarici bazardan olan brendləri üçün mövcud bazamızda olmayan informasiyaların toplanılmasını həyata keçiririk.
Vebsaytımız vətəndaşlar üçün tam açıq resurs və mənbədir. Müstəqil tədqiqatçılar, tələbələr, iqtisadçılar, jurnalistlər komandamız tərəfimizdən hazırlanan istənilən vizual məlumatı müəlliflik hüquqlarını qorumaq şərti ilə istifadə edə bilər.

Queries