Ana SəhifəArrowSorğularArrowSosial Sorğu - 1

Sosial Sorğu - 1

Post Image

"Sosial Sorğu - 1" Azərbaycan əhalisinin aylıq gəlirlərini, kommunal xərclərini və o cümlədən əhalinin borclanma səviyyəsini araşdırmağı məqsədləyib. Sorğu 21 may 2023 - 8 iyun 2023 tarixlərində baş tutub. Respondentlərin cavablarından 404-ü təhlil üçün məqbul sayılmışdır. Sorğudan seçilmiş məlumatlardan bəzilərini sizinlə bölüşürük: Nəticələrə əsasən 18-35 yaşlı respondentlərin 17%-i (60 nəfər) işsizdir. İşsiz gənclərin 73%-i isə paytaxt Bakıda yaşayır. İştirakçıların 84%-nin (340 nəfər) müxtəlif mənbələrə borcu var. 40.8% (139 nəfər) iştirakçınınsa borcları məhz banklaradır (ipoteka, istehlak krediti və s.). Sosial sorğu nəticələrinə əsasən 63.68% iştirakçı aylıq 50 AZN-dən çox kommunal ödənişlər edir Aylıq 50 AZN-dən çox kommunal xərci olan iştirakçıların 63.5%-nin (160 nəfər) faktiki yaşayış ünvanında 4 və daha çox şəxs yaşayır Sorğu iştirakçılarınınsa 62.4%-nin (252 nəfər) faktiki ünvanında 4 və daha çox şəxs yaşayır. Sosial Sorğu nəticələrinə əsasən 74% (299 nəfər) iştirakçının müxtəlif mənbələrə borcları var. 52% iştirakçının borclarının ümumi həcmi isə 1000 manatdan daha çoxdur. Ən yüksək və ən aşağı gəlir əldə edənlərin əksəriyyəti özəl sektorda işləyir. Bu isə özəl sektorda dövlət sektoru ilə müqayisədə daha çox gəlir bərabərsizliyinin olduğunu bildirməkdədir. Topoqraf Sosial Sorğusuna əsasən respondentlərin 84%-nin müxtəlif mənbələrə borcları var. 34% iştirakçının banklara, 23% iştirakçının mağazalar və şirkətlərə daxili kredit borcu var. 27 iştirakçının borcları isə dost və tanışlaradır. Sosial sorğunun nəticələrinə əsasən özəl sektor Azərbaycan əmək bazarında daha böyük paya sahibdir. Belə ki işləyən ali təhsilli şəxslərin 52%-i özəl sektorda işləyir Sorğu iştirakçıların 44%-nin qeyri-rəsmi gəliri mövcuddur Həmin insanların 45%-i isə minimal əməkhaqqıdan (345 manat) daha çox qeyri-rəsmi gəlir əldə edir. Sorğu nəticələrinə əsasən iştirakçıların 44%-i (176 nəfər) elektrik enerjisinə, 32%-i (154 nəfər) mavi qaza aylıq 20 manatdan çox xərcləyir. Ən ucuz kommunal növü isə su istehlakıdır, belə ki iştirakçıların 28%-i (114 nəfər) bu kommunal növünə aylıq 10 manatdan az pul xərcləyir. İnternet və rabitə xidmətləri üzrə isə iştirakçıların 59%-i (237 nəfər) 11-20 manat arası aylıq ödəniş edir.

Sorğunun keçirildiyi tarix: 14 aprel, 2024 - 8 may, 2023
Sorğunun keçirildiyi yer: Azərbaycan
Sorğu dili: Azerbaijani
İştirakçıların sayı: 404
Əhali: Azerbaijanis
Cavab dərəcəsi: 404
Paylaş:
FacebookTwitter